İDMAN


Karantin günlərində karateçilərin formada qalması üçün bir sıra tədbirlər həyata keçirilir

Bakı, 12 iyul, Leyla Qurbanova, AZƏRTAC

Ölkədə koronavirus (COVID-19) pandemiyası ilə bağlı karantin günlərinin davam etdiyi bir dövrdə idmançılarımızın formada qalması üçün Azərbaycan Karate Federasiyası tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Bunlardan biri də onlayn məşqlərin təşkilidir. Onlayn məşqlər zamanı idmançılar, əsasən fiziki və texniki hazırlıqlarının artırılması istiqamətində bir sıra tapşırıqlar yerinə yetirirlər.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində karate üzrə milli komandanın böyük məşqçisi Şahin Xudaverdiyev deyib. O qeyd edib ki, məşqlərdə yeniyetmə və azyaşlı karateçilərin hazırlığına xüsusi diqqət yetirilir. Ş.Xudaverdiyev respublika çempionlarının, bir sıra beynəlxalq turnirlərin qalib və mükafatçıları olan karateçilərin idmandan uzaqlaşmaması üçün səylərini əsirgəmədiklərini söyləyib. Məşqçi idmançılara evdə daha çox məşq etməli olduqlarını da tövsiyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.