CƏMİYYƏT


Karantin qaydalarını pozaraq Bakıdan bölgələrə sərnişin aparan sürücü və müştəriləri həbs olunublar VİDEO

Bakı, 11 iyul, AZƏRTAC

Koronavirus pandemiyası ilə əlaqədar bölgələrdən paytaxta, eləcə də əks istiqamətdə vətəndaşların hərəkətinə tətbiq olunan məhdudiyyətləri pozaraq Bakıdan rayonlara qanunsuz olaraq sərnişin daşıyan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları bu qanunsuz fəaliyyətlə məşğul olan Şamaxı şəhər sakini Anar Ədilovu tutublar. O, idarə etdiyi “Opel” markalı avtomobillə karantin postundan kənar yollarla iki nəfər sərnişini Şamaxı rayonuna aparan zaman Abşeron rayonunda saxlanılıb. Araşdırma zamanı avtomobildə olan sərnişinlər Nicat İbadov və Şahin Əzizovun da xüsusi karantin qaydalarını pozduqları məlum olub.

Hər üç şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Məhkəmənin qərarı ilə Anar Ədilov 20, avtomobildə olan sərnişinlərin hər biri isə 10 sutka inzibati qaydada həbs edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.