REGİONLAR
Karantin qaydalarını pozaraq yas mərasimi təşkil edənlər saxlanılıb
Kürdəmir, 2 dekabr, AZƏRTAC
Koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda Kürdəmirdə karantin qaydalarını kobud şəkildə pozaraq yas mərasimi təşkil edənlər saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, rayonun Sığırlı kəndində Zeynalov Davud Zakir oğlu karantin qaydasını kobud şəkildə pozaraq yaşadığı evdə anasına yas mərasimi təşkil edib. Bununla əlaqədar rayon polis şöbəsinə daxil olan məlumata əsasən əraziyə baxış keçirilib və yas mərasimini təşkil edən ev sahibi Davud Zeynalov və onun qonaqları saxlanılaraq şöbəyə gətirilib.
Rayon polis şöbəsində saxlanılanlarla profilaktik söhbətlər aparılıb, sonra onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə tətbiq olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]