REGİONLAR


Karantin rejimi ilə bağlı Neftçalada maarifləndirmə tədbirləri keçirilir

Bakı, 29 mart, AZƏRTAC

Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin elan olunması barədə qərarına əsasən Neftçala rayonunda maarifləndirmə tədbirləri həyata keçirilir.

Neftçala Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Neftçala rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin ən mühüm hissəsi vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi və ünsiyyətin minimuma endirilməsidir, xüsusi ehtiyac olmadıqda evlərini tərk etməməsidir.

Məsələ ilə bağlı Neftçala Rayon İcra Hakimiyyətinin aparatı, icra nümayəndələri və bələdiyyə sədrləri, həmçinin hüquq mühafizə orqanı əməkdaşları əhalinin sıx toplaşdığı park və xiyabanlarda, kənd mərkəzlərində sakinləri maarifləndiriblər.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır. Bununla yanaşı, insanlararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda Səhiyyə Nazirliyinin 9103 “qaynar xətti” və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzi ilə əlaqə saxlamaq mütləqdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.