CƏMİYYƏT


Karantin rejimi qaydalarını pozaraq gizli fəaliyyət göstərən idman zalı aşkarlanıb

Bakı, 5 may, AZƏRTAC

Daxili işlər orqanlarının əməkdaşlarının sanitar-karantin qaydalarını pozaraq koronavirusun yayılmasına şərait yaradılması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar keçirilən nəzarət tədbirləri zamanı fəaliyyətinə icazə verilməyən idman zalı aşkarlanıb.

Keçirilən nəzarət-profilaktik tədbirlər zamanı 9-cu mikrorayon M.Cəlal küçəsində yerləşən “Sparta” idman zalının xüsusi karantin rejiminin tələblərini pozaraq gizli fəaliyyət göstərməsi müəyyənləşdirilib. Ümumilikdə xüsusi karantin rejimi qaydalarının tələblərinə əməl etməyən 13 nəfər aşkarlanıb.

Karantin rejiminin tələblərini pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq obyektin icarədarı 4 min manat, digərləri barəsində isə 200 manat inzibati tənbeh tədbirləri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.