DÜNYA


Karantin rejimi tətbiq edilməzsə, Fransa martın ortalarında çətin vəziyyətə düşə bilər

Paris, 25 yanvar, AZƏRTAC

Belə davam etsək, martın ortalarında çətin vəziyyətdə qalacağıq.

AZƏRTAC xəbər verir ki, bu fikri Fransa Elmi Şurasının prezidenti Jan-Fransua Delfresi söyləyərək, ölkədə koronavirusla bağlı çətin vəziyyət gözlənilməsi ilə bağlı fransızları xəbərdar edib.

Bildirib ki, indiki durum ürəkaçan deyil. Qonşu ölkələrdəki, xüsusilə də İrlandiya və Böyük Britaniyadakı vəziyyətə diqqət çəkərək, onlardan nümunə götürməyə dəvət edib.

Qeyd edib ki, yeni təcridolma rejimi ehtimal olunur. Bu qərarın siyasi qərar olduğunu nəzərə alaraq, yeni təcridolma rejimi haqqında müfəssəl məlumat verməyib. J.-F. Delfresi mövcud vəziyyətin uzun zaman davam edə bilməyəcəyini bildirib. Virusun yeni ştammlarının vəziyyəti gərginləşdirəcəyini vurğulayıb. Yeni ştammların ikinci pandemiyanın ekvivalenti olduğunu deyib. Virusun yeni ingilis ştammının yayılmasının qarşısını almaq mümkün deyil.

Koronavirusun yeni ştammlarına qarşı mübarizədə təcridolma rejiminin vacibliyini dilə gətirən Elmi Şuranın prezidenti peyvənd kampaniyasına da toxunaraq, səhiyyə nazirinin optimist fikri ilə razılaşmadığını və yaya qədər əhalinin yalnız 40 faizinin peyvənd oluna biləcəyini deyib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.