CƏMİYYƏT


Karantin rejimini pozan 1082 hərəkət iştirakçısı cərimələnib

Bakı, 24 iyun, AZƏRTAC 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyunun 23-də xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə məlumat yayıb.

İdarədən AZƏRTAC-a bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyunun 23-ü saat 00:00-dan iyunun 24-ü saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 866 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə iki nəfər olmaqla ümumilikdə 1082 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Gün ərzində xüsusi karantin rejimi sərtləşdirilmiş inzibati ərazilərin sərhədlərində yerləşən karantin postlarında aparılan yoxlamalar zamanı 197-si rayon, 164-ü isə paytaxt istiqamətinə olmaqla 361 avtomobil geri qaytarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.