İDMAN
Karate1 Premyer Liqa turniri: İdmançımız finala vəsiqə qazanıb
Bakı, 1 may, AZƏRTAC
Portuqaliyanın paytaxtı Lissabonda Karate1 Premyer Liqa turniri davam edir.
AZƏRTAC xəbər verir ki, karateçilərimizdən Asiman Qurbanlı (84 kiloqramdan yuxarı) yarışda Rumıniya, İsrail, Ukrayna və Almaniyadan olan rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb. Qızıl medal uğrunda həlledici görüşdə onun rəqibi Gürcüstan təmsilçisi olacaq. Qarşılaşma mayın 2-də baş tutacaq.
Bazar günü mükafatlar uğrunda yarışlarda kata milli komandamız isə bürünc medal görüşünə çıxacaq. Nüfuzlu turnir idmançılara Tokio Olimpiadasında iştirak etmək üçün xüsusi reytinq xalları da qazandırır.
Qeyd edək ki, yarışda Azərbaycanı 15 idmançıdan ibarət heyət təmsil edir.
Turnir mayın 2-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]