İDMAN


Karate 1 Gənclər Liqası: Yeniyetmə karateçilərimiz uğurla çıxış ediblər

Bakı, 6 iyun, AZƏRTAC

Kiprin Limassol şəhərində keçirilən uşaq, yeniyetmə və gənclər arasında mövsümün ilk Karate 1 Gənclər Liqası turniri davam edir. Dünya Karate Federasiyasının (WKF) rəsmi turnirlərindən olan yarışa Azərbaycanın 32 karateçisi qatılıb.

AZƏRTAC xəbər verir ki, on dörd və on beş yaşlı idmançılar arasında görüşlərdə karateçilərimizdən Salman Salmanov və Ramilə Heydərova (hər ikisi kata) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar. Mehralı Məmmədov (+70 kiloqram) gümüş, Amin Yadigarlı (52 kiloqram) və Aysu Əliyeva (47 kiloqram) isə bürünc mükafata sahib olublar.

Aşağı yaşlı karateçilərimizi yeniyetmə və gənclərdən ibarət milli komandanın baş məşqçisi Anar Allahverdiyev, böyük məşqçilər Seymur Xudaverdiyev və Nağı Mehdiyev, həmçinin kata üzrə milli komandanın böyük məşqçisi Anar Əhmədov müşayiət edir. Beynəlxalq referi Mais Mədətov isə yarışın hakimləri arasındadır.

İyunun 4-də start götürən və üç gün davam edəcək yarışda 37 ölkədən 760 idmançı iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.