REGİONLAR


Karate-do üzrə muxtar respublika açıq çempionatında 300-ə yaxın idmançı iştirak edib

Naxçıvan, 7 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda karate-do üzrə muxtar respublika açıq çempionatına yekun vurulub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 3 gün davam edən çempionatda Bakı və Sumqayıt karateçiləri də daxil olmaqla, ümumilikdə, 300-ə yaxın idmançı iştirak edib.

Tədbirin final mərhələsində əvvəlcə konsert proqramı və nümunəvi çıxışlar təqdim olunub. Daha sonra müxtəlif yaş və çəki kateqoriyalarında final qarşılaşmaları keçirilib. Çempionat olimpiya sistemi üzrə aparılıb. Gərgin və maraqlı görüşlərin yekununda “Naxçıvan” komandası yarışı I sırada tamamlayıb. “Naxçıvan-B” komandası II, “Sumqayıt” komandası isə III yerin sahibi olub.

Sonda qalib idmançılara diplom və medal, ilk 3 yeri tutan komandalara isə “Heydər Əliyev Kuboku” təqdim edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Karate-do Federasiyası tərəfindən birgə təşkil olunan yarış ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, idmançıların hazırlıq səviyyəsini yüksəltmək, məşqçi və hakimlərin, o cümlədən klubların işini təkmilləşdirmək məqsədilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.