İDMAN


Karate üzrə Azərbaycan millisi İstanbulda Karate-1 Premyer Liqa turnirində iştirak edəcək

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycanın karate üzrə əsas milli komandasının üzvləri iyunun 8-10-da İstanbulda Karate-1 Premyer Liqa turnirində iştirak edəcək.

Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildiriblər ki, federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 19 idmançımız yer alıb. Kişilərdən ibarət milli komandanın baş məşqçisi Şahin Xudaverdiyev karateçilərimizdən Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə və Rafiz Həsənov (67 kq), Ayxan Mamayev, Turqut Həsənov və Pənah Abdullayev (84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərova (84 kq-dan çox) etimad göstərib.

Qadınlardan ibarət yığmanın baş məşqçisi Anar Allahverdiyev isə Nuranə Əliyeva, Fidan Teymurovanı (hər ikisi 50 kq), İlahə Qasımovanı (55 kq), Fəridə Abiyevanı (61 kq), İrina Zaretskanı (68 kq) və Fəridə Əliyevanı (68 kq-dan çox) heyətə daxil edib.

Baş məşqçi Vahid Ayvazovun çalışdırdığı kataçılardan isə fərdi yarışlarda Roman Heydərov, komanda hesabında isə Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyət mübarizə aparacaq.

Beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov turnirin idarəolunmasında iştirak edəcəklər. Mövsümün yeddi Karate-1 Premyer Liqa turnirindən beşincisi olan bu nüfuzlu yarışda 63 ölkədən 607 idmançı iştirak edəcək.

Premyer Liqa yarışlarında medallardan başqa hər qələbə idmançılara dünya reytinq xalları qazandırır.

İyunun 6-da Türkiyəyə yola düşəcək milli komandamız iyunun 11-də vətənə qayıdacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.