İDMAN


Karate üzrə Azərbaycan millisi Şamaxıya təlim-məşq toplanışına yollanıb

Bakı, 22 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Noyabrın 5-dən 11-dək İspaniyanın paytaxtı Madriddə keçiriləcək 24-cü dünya çempionatına hazırlıqları davam etdirən karate üzrə Azərbaycan milli komandası Şamaxıya təlim-məşq toplanışına yollanıb.

Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yığma komandaların baş məşqçiləri Şahin Xudaverdiyev, Anar Allahverdiyev və Vahid Ayvazovun, eləcə də böyük məşqçilər Qurban Tağıyev, Rəşad Hüseynov və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədovun rəhbərliyi altında təlim-məşq toplanışına 15 idmançı cəlb olunub.

Şamaxı Olimpiya İdman Kompleksində son hazırlıqlarda Firdovsi Fərzəliyev (60 kq) Tural Ağalarzadə, Rafiz Həsənov (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), Turqut Həsənov, Pənah Abdullayev (hər ikisi 84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Murad Hacızadə (hər üçü 84 kq-dan yuxarı), Roman Heydərov (kata) və Sahib Əhədəov (para-karate) iştirak edəcəklər. Milli komandanın heyətində qızlardan Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) yer alıblar.

Karateçilərin təlim-məşq toplantısı bir həftə davam edəcək. Milli komanda noyabrın 3-də Madridə dünya çempionatına yollanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.