İDMAN


Karate üzrə Azərbaycan millisi dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Bakı, 11 noyabr, Nicat Məmmədov, AZƏRTAC

Karate üzrə Azərbaycan milli komandası Madriddə keçirilən böyüklər arasında 24-cü dünya çempionatının sonuncu günündə - noyabrın 11-də bürünc medallar uğrunda yarışacaq.

AZƏRTAC Azərbaycan Milli Karate Federasiyasının saytına istinadla xəbər verir ki, üçüncü yer uğrunda mübarizədə milli komandamızın rəqibi çempionatın favoritlərindən sayılan Yaponiya yığmasıdır.

Baş məşqçi Şahin Xudaverdiyevin rəhbərlik etdiyi heyətdə Rafael Ağayev, Şahin Atamov, Asiman Qurbanlı, Murad Hacızadə, Pənah Abdullayev, Turqut Həsənov və Rafiz Həsənov yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.