İDMAN


Karate üzrə “Baku Open” beynəlxalq turniri start götürüb

Bakı, 14 mart, AZƏRTAC

Martın 14-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Baku Open” beynəlxalq karate turniri start götürüb.

AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan karateçiləri ilə yanaşı, Rusiya, Türkiyə, ABŞ, İngiltərə, Ukrayna, Gürcüstan, Avstriya, Yaponiya, Qazaxıstan və İran komandaları da iştirak edirlər.

Fərdi kata və kumite yarışlarının birinci günündə böyüklər və 35 yaşdan yuxarı veteranlar mübarizə aparırlar. Martın 15-də 16-17 yaşlı və 21 yaşadək gənclər tatami üzərinə çıxacaqlar. Martın 16-da 14-15 yaşlı yeniyetmələr, bir gün sonra isə 6-13 yaşadək uşaqlar qarşılaşacaqlar.

Turnirin açılış mərasimi martın 15-də olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.