İDMAN


Karate üzrə azərbaycanlı hakim Avropa Hakimlər Komissiyasına üzv seçilib

Bakı, 22 may, AZƏRTAC

Karate üzrə azərbaycanlı beynəlxalq dərəcəli hakim Cahangir Babayev Avropa Hakimlər Komissiyasına üzv seçilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov məlumat verib. O, qeyd edib ki, federasiyanın Hakimlər Komitəsinin sədri, Əməkdar məşqçi C.Babayevin Avropa qitəsinin 55 ölkəsindən 10 nəfərin yer aldığı komissiyaya üzv seçilməsi əlamətdar hadisədir. İlk dəfədir ki, Azərbaycan nümayəndəsi komissiyada təmsil olunur. Bu, həmçinin olimpiya oyunlarında azərbaycanlı hakimin iştirakı üçün geniş imkanlar yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.