İDMAN


Karate üzrə hakimimiz ikinci Avropa Oyunlarında ədaləti qoruyacaq

Bakı, 1 yanvar, AZƏRTAC

Beynəlxalq hakim, Azərbaycan Milli Karate Federasiyasının hakimlər komitəsinin sədri Cahangir Babayev 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək ikinci Avropa Oyunlarının karate yarışlarını idarə edən hakimlərdən biri olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Karate Federasiyası qərar verib. İkinci Avropa Oyunlarını idarə edən 22 hakimdən 20 nəfəri seçim əsasında təyin olunub.

Qeyd edək ki, oyunların karate yarışları iyunun 29-30-da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.