İDMAN


Karate üzrə növbəti seminar və imtahanlar keçiriləcək

Bakı, 11 yanvar, AZƏRTAC 

Fevralın 2-də və 3-də Azərbaycan Milli Karate Federasiyasının (AMKF) təlim-məşq bazasında şotokan karate üzrə növbəti seminar, kyu və dan imtahanı keçiriləcək.

AMKF-dən AZƏRTAC-a bildiriblər ki, seminar və imtahana AMKF-in prezidenti Yaşar Bəşirov, kata üzrə milli komandanın baş məşqçisi Vahid Ayvazov rəhbərlik edəcəklər. Seminarın birinci günündə kihon, kata və kumite texnikası üzrə çalışmalar yerinə yetiriləcək. Ertəsi gün isə imtahan keçiriləcək.

Seminara qeydiyyat yanvarın 25-də başlayacaq.

Cari ildə nəzərdə tutulmuş digər seminar və imtahanlar mayın 11-12-də, oktyabrın 12-13-də və dekabrın 21-22-də təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.