İDMAN
Karate və parakarateçilərimiz Avropa çempionatında daha 3 medal qazanıblar
Bakı, 29 may, AZƏRTAC
Türkiyənin Qaziantep şəhərində karate və parakarate üzrə Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, komandamız qitə çempionatında daha 3 medal qazanıb. Belə ki, parakarate üzrə görmə qüsurlular kateqoriyasında qadınlar arasında Emiliya Mitilinova qızıl medala layiq görülüb. Eyni yarışda kişilər arasında Nihat Məmmədzadə ikinci yeri tutub. Bürünc medalı isə kişilərdən ibarət komandamız kata yarışında qazanıb.
Qeyd edək ki, bundan əvvəl böyüklərin kumite yarışında Mədinə Sadiqova (55 kq) üçüncü yerə sahib olub.
Bu gün komanda kumite yarışlarının finalında karateçilərimiz Fransa idmançıları ilə mübarizə aparacaq. Parakarate yarışlarında isə Eldar Əhmədov əlil arabasında final görüşündə ispaniyalı rəqibinə qarşı çıxış edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:31]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]