İDMAN


Karate yığmamızın üzvləri üçün maarifləndirici seminar keçirilib

Bakı, 16 yanvar, AZƏRTAC 

Karate üzrə milli komandamızın üzvləri üçün yeni mövsümqabağı yarış qaydalarında yeniliklər və görüşlər zamanı buraxılan səhvlərin aradan qaldırılması ilə bağlı maarifləndirici seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, yığmamızın üzvlərinin ötən il iştirak etdiyi yarışlardan hazırlanmış seminarı Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Cahangir Babayev və media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov təqdim ediblər.

Kumite üzrə baş məşqçi Bahəddin Kandaz, böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev və Denis Morozov komanda üzvləri ilə birgə müzakirə aparıblar. Seminar boyu idmançıları maraqlandıran mübahisəli döyüş epizodları və digər məqamlara aydınlıq gətirilib.

Artıq ənənə halı alan belə maarifləndirici seminarların idmançıların nəticələrinə müsbət təsir etdiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, olimpiadaya hazırlığın bir hissəsi kimi, hər yarışdan sonra bu mövzuda seminarın keçirilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.