İDMAN


Karateçilər üçün antidopinq seminarı təşkil olunub

Bakı, 31 oktyabr, Nicat Məmmədov, AZƏRTAC 

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşəbbüsü ilə Azərbaycan Milli Karate Federasiyasının (AMKF) məşqçiləri və əsas milli komandanın heyəti üçün qadağan olunmuş preparatlar və sanksiyalara həsr olunmuş növbəti seminar keçirilib.

AMKF-dən AZƏRTAC-a xəbər veriblər ki, seminarı AMADA-nın təhsil və təlim üzrə meneceri Lalə Hacıyeva və Terapevtik istifadə üçün istisna komitəsinin sədr müavini Fərid Əliyev aparıblar.

Mütəxəssislər dopinq əleyhinə qaydalardakı dəyişiklik və yeniliklərlə idmançıları tanış ediblər. Daha çox yayılan məqamları geniş izah edən AMADA-nın nümayəndələri qadağan olunmuş preparatlardan istifadə və sanksiyalar barədə geniş məlumat veriblər.

Seminarda iştirak edən AMKF-in prezidenti Yaşar Bəşirov, dünya çempionatı ərəfəsində bu tədbirin keçirilməsinin çox vacib olduğunu bildirərək, AMADA rəsmilərinə minnətdarlığını çatdırıb.

Sonda milli komandanın üzvləri onları maraqlandıran suallara dolğun cavablar alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.