İDMAN


Karateçilərimiz Avropa çempionatında mübarizəni davam etdirirlər

Bakı, 26 may, AZƏRTAC

Türkiyənin Qaziantep şəhərində böyüklər arasında karate üzrə Avropa çempionatı davam edir.

Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu gün daha dörd idmançımız - İnci Əzizova (50 kq), Mədinə Sadiqova (55 kq), həmçinin Əminağa Quliyev (60 kq) və Tural Ağalarzadə (67 kq) fərdi yarışlara qatılıblar.

Komandamızın digər üzvləri - İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyev kata üzrə, Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov və Ayxan Mamayevdən ibarət heyət, o cümlədən Fəridə Əliyeva, Ayla Rzazadə, Mədinə Sadiqova və İrina Zaretska isə kumitenin komanda yarışlarında iştirak edəcəklər.

Qeyd edək ki, Avropa çempionatı mayın 29-da başa çatacaq. Ölkəmiz yarışda 17 karateçi və 5 parakarateçi ilə təmsil olunur. Ötən gün mübarizəyə başlayan yeddi karateçi yarışı medalsız başa vurub.

Yarışda karate üzrə 45 ölkədən 454 karateçi, parakarate üzrə isə 15 ölkədən 48 idmançı mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.