İDMAN


Karateçilərimiz Dubayda keçirilən beynəlxalq turnirdə bir qızıl və iki bürünc medal qazanıblar

Bakı, 18 fevral, AZƏRTAC

Azərbaycan idmançıları Dubayda keçirilən “Karate-1 Premyer Liqa” turnirində bir qızıl və iki bürünc medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, mötəbər turnirdə 75 kiloqram çəki dərəcəsində çıxış edən Rafael Ağayev bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.

Milli komandamızın digər üzvləri Ayxan Mamayev (84 kq) və Nuranə Əliyeva (50 kq) isə bürünc medalla kifayətləniblər.

“Karate-1 Premyer Liqa” turnirində 70-dən çox ölkədən 600-dən artıq idmançı mübarizə aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.