Karateçilərimiz Dünya Şotokan Federasiyasının Avropa çempionatında iştirak edəcəklər
AzerTAg.az
Bakı, 19 may, AZƏRTAC
İdmançılarımız mayın 20-22-də Bolqarıstanın Albena Kranevo şəhərində Dünya Şotokan Federasiyasının (WSF) 12-ci Avropa çempionatında iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, 60-dək karateçi arasında milli komandanın üzvləri və müxtəlif regionların klublarından idmançılar da yer alacaqlar.
WSF-in icraiyyə komitəsinin üzvü və beynəlxalq təşkilatın Azərbaycanda rəsmi nümayəndəsi Rənad Əliyevin rəhbərlik etdiyi heyətdə iki hakim də yer alıb. Beynəlxalq hakim Mircabbar Seyidov və milli dərəcəli hakim Siyavuş Bayramov yarışı idarə edənlər arasında olacaq.
Mötəbər yarışa 14 ölkədən 803 idmançı qatılacaq. Qitə çempionatında 8 yaşlı uşaqlardan tutmuş 53 yaşadək veteranlar mübarizə aparacaqlar.

Xəbərin mətnində orfoqrafik səhv var