İDMAN


Karateçilərimiz İstanbulda Karate 1 Seriya A turnirində iştirak edəcəklər

Bakı, 14 may, AZƏRTAC

İstanbulda Dünya Karate Federasiyasının (WKF) Karate 1 Seriya A turnirində Azərbaycan milli komandası da iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, mayın 17-19-da keçiriləcək yarışda milli komandanın əsas və əvəzedici üzvləri mübarizə aparacaqlar. Kişilərin kumite yarışında baş məşqçisi Bahəddin Kandaz, böyük məşqçilər Şahin Xudaverdiyev və Qurban Tağıyevin rəhbərlik etdiyi komandanın heyətində Hümmət Baxşəliyev (67 kq), Rafael Ağayev və Vüsal Kamallı (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (84 kq), həmçinin Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərov (+84 kq) yer alıblar.

Baş məşqçi Denis Morozov isə qadın idmançılardan Nuranə Əliyeva, Fidan Teymurova (50 kq), İlahə Qasımova və Aytac Əliyeva (55 kq), İrina Zaretska, Zamira Rizayeva (68 kq) və Fəridə Əliyevaya (+68 kq) şans verib.

Kata turnirində Roman Heydərov və Neda Rezai, İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyev çıxış edəcəklər.

İstanbulda liqa turnirinə yollanan heyətə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov rəhbərlik edir. Heyətdə beynəlxalq dərəcəli hakim Cahangir Babayev də yer alıb.

Karate 1 Seriya A turnirinin İstanbul mərhələsində 101 ölkədən 1813 idmançı mübarizə aparacaq. Nəticələr karateçilərin dünya və Olimpiya reytinq cədvəlinə təsir göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.