İDMAN


Karateçilərimiz Premyer Liqa turnirində mübarizəyə başlayıblar

Bakı, 30 aprel, AZƏRTAC

Portuqaliyanın paytaxtı Lissabonda Tokio Olimpiadasına reytinq xalları verən Karate1 Premyer Liqa turniri start götürüb.

AZƏRTAC xəbər verir ki, bu gün karateçilərimizdən kata komandasının heyətində Rövşən Əliyev, Tural Balcanlı, İsmayıl Quliyev, kumite yarışlarında Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (67 kq), Nuranə Əliyeva (50 kq) və İlahə Qasımova (55 kq) mübarizəyə qoşulacaqlar.

Mötəbər yarışa Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında 15 idmançıdan ibarət heyət qatılıb. Milli komandanı kumite üzrə kişilərin baş məşqçisi Qurban Tağıyev, böyük məşqçi Şahin Xudaverdiyev, eləcə də qadınların baş məşqçisi Denis Morozov və kata üzə baş məşqçi Vahid Ayvazov müşayiət edir.

Premyer Liqanı idarə edən hakimlər arasında beynəlxalq hakim Cahangir Babayev və Vüqar Kərimov da yer alıblar.

Turnir mayın 2-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.