İDMAN
Karateçilərimiz Tokio Olimpiadasına lisenziya turnirinin ikinci gününü medalsız başa vurublar
Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycan karateçiləri Tokio Yay Olimpiya Oyunlarına növbəti vəsiqələri qazanmaq üçün Parisdə lisenziya turnirində mübarizəni davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, turnirin ikinci günündə karateçilərimizdən Roman Heydərov (kata) və Fəridə Abiyeva (kumite, 61 kq) güclərini sınayıblar. İdmançılarımızdan heç biri mükafatçılar sırasına düşə bilməyib.
Qeyd edək ki, “Pyer de Kubertyen” arenasında keçirilən yarışın birinci günündə karateçilərimizdən Firdovsi Fərzəliyev (67 kq) uğurla çıxış edərək üçüncü yeri tutmaqla Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.
İyunun 13-dək davam edəcək turnirdə Azərbaycan 6 idmançı ilə təmsil olunur. Yarışda 98 ölkədən 500 karateçi Olimpiadaya vəsiqə uğrunda mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]