İDMAN
Karateçilərimiz Yekaterinburqda dünya çempionatında mübarizə aparacaqlar
Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 9-da Rusiyanın Yekaterinburq şəhərində Ümumdünya Kyokşin İttifaqı (KWU) tərəfindən üçüncü dünya çempionatı start götürəcək.
Azərbaycan Kyokşin Karate Federasiyasından AZƏRTAC-a bildirilib ki, mötəbər yarışa federasiyanın prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında 7 idmançımız yola düşüb.
Millimizin baş məşqçisi Samir Məmmədov, köməkçi məşqçi Namiq Vəliyev mundialda Solmaz Zeynallı (60 kq), Sevinc Mehdiyeva (55 kq), Emin İsmayıllı (65 kq), Valeh Cəfərov (70 kq), Nail Quliyev (75 kq), Mübariz Ağamalıyev (80 kq) və Etibar Ağalarova (85 kq) şans verəcəklər.
Yarışların idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qələndər Aslanov təmsil edəcək.
Qeyd edək ki, dünya çempionatına dekabrın 10-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]