İDMAN


Karateçilərimiz birinci MDB Oyunlarında iştirak etmək üçün Rusiyaya yola düşüblər

Bakı, 6 sentyabr, AZƏRTAC

Azərbaycanın 21 yaşadək karateçilərdən ibarət milli komandasının üzvləri birinci MDB Oyunlarında iştirak etmək üçün Rusiyanın Kazan şəhərinə yola düşüblər.

Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yeniyetmə və gənclərdən ibarət millimizin baş məşqçisi Anar Allahverdiyevin rəhbərlik etdiyi kumite üzrə yığmanın heyətində Əminağa Quliyev, Sultan Hüseynov (60 kq), Hüseyn Məmmədli, Nuran Rzazadə (67 kq), Tale Yaqubov, Fərid Ağayev (75kq), Abbas Dadaşov, Hüseyn Hüseynzadə (84 kq), Musa Sarızadə, Osman Osmanlı (84 kiloqramdan yuxarı), İnci Əzizova (50 kq), Mədinə Sadıqova (55 kq), Renata Ərəbli, Səma İmanzadə (61 kq), Zəhra Əliverdiyeva, Alika Semixova (68 kq) mübarizə aparacaqlar.

Kata üzrə baş məşqçi Vahid Ayvazovun müşayiət etdiyi Ceyhun İsmayılov, Həsənəli Həsənov, Samirə Babayeva və Emiliya Mitlinova fərdi yarışlarda çıxış edəcəklər. Böyük məşqçilərdən Seymur Xudaverdiyev, beynəlxalq hakimlərdən isə Şahin Xudaverdiyev və Mais Mədətov birinci MDB Oyunlarına yollanıblar.

Karateçilər turnirin son günləri – sentyabrın 10-11-də yarışa qatılacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.