İDMAN


Karateçilərimiz mövsümün son liqa turnirində iştirak edəcəklər

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycan milli komandasının üzvləri Moskvada keçiriləcək Karate1 Premyer Liqasının son mərhələsində iştirak edəcəklər.

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə vitse-prezident Rəhman Hətəmov, o cümlədən 4 məşqçi, 4 beynəlxalq hakim, 22 idmançı və kata komandası yer alıb. Belə ki, kumite yarışlarına Əminağa Quliyev, Hüseyn Məmmədli və Sultan Hüseynov (60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə, Hümmət Baxşəliyev və Tale Yaqubov (67 kq), Rafael Ağayev və Fərid Ağayev (75 kq), Turqut Həsənov və Pənah Abdullayev (84 kq), Asiman Qurbanlı və Orxan Heydərli (+84 kq) qatılacaqlar.

Qadınların yarışında isə Nuranə Əliyeva və Fidan Teymurova (50 kq), İlahə Qasımova və Mədinə Sadiqova (55 kq), Ayla Rzazadə (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) iştirak edəcəklər.

Kata üzrə fərdi çıxışlarda Roman Heydərov və Emin Namazov, komanda turnirində isə İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət heyət mübarizə aparacaq.

Beynəlxalq hakimlər Anar Allahverdiyev və Rənad Əliyev dərəcə imtahanı verəcəklər. Bu gün Rusiyaya yola düşəcək karateçilər oktyabrın 4-də Bakıya dönəcəklər.

Turnirdə 55 ölkədən 441 karateçi iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.