İDMAN


Karateçilərimiz qitə çempionatında daha bir qızıl medal qazanıblar

Bakı, 9 fevral, AZƏRTAC 

Danimarkanın Aalborq şəhərində yeniyetmə və gənc karateçilərin Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, ilk yarış günündə Roman Heydərov (21 yaşadək gənclər, kata) və Tale Yaqubov (14-15 yaşlı yeniyetmələr, kumite) qızıl medal, Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, kumite) isə bürünc mükafata sahib olublar. Bu nəticə ilə Azərbaycan karateçiləri yalnız Türkiyə komandasından geri qalaraq ümumi hesabda 2-ci yeri tutublar.

Fevralın 9-da 7 karateçimiz tatamiyə çıxacaq. Belə ki, 16-17 yaşlı gənclərin kata çıxışları, oğlanların (55 kq, 61 kq, 68kq, 76 kq və 76 kq-dan yuxarı) və qızların (48 kq, 53 kq, 59 kq və 59 kq-dan yuxarı) kumite yarışları keçiriləcək.

Əlli bir ölkədən 1092 idmançının iştirakı ilə 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərin 46-cı, 21 yaşadək karateçilərin isə 11-ci qitə çempionatında hələ ki 19 ölkənin idmançıları müxtəlif əyarlı mükafatlara sahib ola biliblər.

Bu gün, həmçinin Avropa çempionatının təntənəli açılış mərasimi olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.