İDMAN
Karateçimiz A Seriya turnirində gümüş medal qazanıb
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan təmsilçisi Murad Hacızadə (+84 kq) Misirin paytaxtı Qahirədə keçirilən Karate1 A Seriya turnirinin gümüş medalını qazanıb.
Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, finaladək 5 görüşdə Misir, Niderland və Xorvatiyadan olan rəqiblərinə xal vermədən irəliləyən idmançımız yerli karateçi ilə həlledici görüşdə qələbəni əldən verib. Digər idmançılarımız Samir İbrahimov və Məcid Əmirov (hər ikisi -75 kq) turniri medalsız başa vurublar.
Nüfuzlu yarışda 70 ölkədən 862 karateçi iştirak edib. Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov yarışın referiləri arasında olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]