İDMAN


Karateçimiz Firdovsi Fərzəliyev bürünc medal qazanıb

Bakı, 16 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Almaniyada Dünya Karate Federasiyasının (WKF) Karate 1 Premyer Liqa seriyasından Berlin turnirində Azərbaycan karateçisi Firdovsi Fərzəliyev bürünc mükafat uğrunda mübarizə aparıb.

AZƏRTAC xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü Firdovsi Fərzəliyev Qazaxıstan karateçisi Kaysar Alpisbayı məğlub edərək üçüncü yeri tutub.

Xatırladaq ki, Azərbaycan milli komandasının digər üç idmançısı bu gün medal uğrunda həlledici döyüşlərinə çıxacaqlar. Nüfuzlu turnirin son yarış günündə final görüşündə Rafael Ağayev (75 kq) Yusey Sakiyama (Yaponiya) ilə qarşılaşacaq. Döyüş Bakı vaxtı ilə saat 17:30-da baş tutacaq. Qadınların final mübarizəsində isə Azərbaycan milli komandasının üzvü İrina Zaretska (68 kq) Türkiyə karateçisi Eda Eltemurla qarşılaşacaq. Final görüşü 18:00-da başlayacaq. Şahin Atamov (84 kq) üçüncü yer uğrunda mübarizədə Conatan Hörne (Almaniya) ilə döyüşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.