İDMAN
Karateçimiz Olimpiya lisenziyası uğrunda mübarizə aparacaq
Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycan karateçiləri Tokio Yay Olimpiya Oyunlarına növbəti vəsiqələr qazanmaq üçün Fransanın paytaxtı Parisdə Olimpiya lisenziyalı turnirdə mübarizə aparırlar.
AZƏRTAC xəbər verir ki, “Pyer de Kubertyen” arenasında keçirilən yarışda altı idmançımızdan üçü - Neda Rezai (kata), Firdovsi Fərzəliyev (67 kiloqram) və İlahə Qasımova (55 kiloqram) bu gün turnirə qatılıb. Onlardan kumite yarışlarında Firdovsi Fərzəliyev Li Jinvan (Koreya), Luka Spitz (İsveçrə), Ramil Makaalay (Filippin), Şaban Abdulla (Küveyt), Fiqueyra Vinisius (Braziliya) ilə qarşılaşmalarda qalib gəlsə də, Martial Tadissiyə (Macarıstan) məğlub olub. Təsəlliverici görüşdə serbiyalı Stefan Cokiçə qalib gələn idmançımız bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.
Digər iki idmançımız – 21,18 xalla 10-cu yeri tutan kata üzrə Neda Rezai və kumite yarışlarında Dorota Banaszçikə (Polşa) uduzan İlahə Qasımova mübarizəni dayandırıblar.
Qeyd edək ki, yarışda hər çəki dərəcəsində ilk üç yeri qazanan idmançılar Olimpiya lisenziyaları əldə edəcəklər.
İyunun 13-dək davam edəcək turnirdə 98 ölkədən 500 karateçi Olimpiya vəsiqələri uğrunda mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]