İDMAN


Karateçimiz Rafael Ağayev Premyer Liqa turnirində bürünc medal uğrunda mübarizə aparacaq

Bakı, 20 aprel, AZƏRTAC

Mərakeşin paytaxtı Rabatda Dünya Karate Federasiyasının (WKF) “Karate 1” seriyasından Premyer Liqa turniri davam edir.

AZƏRTAC xəbər verir ki, turnirin birinci günündəki qarşılaşmaların nəticələrinə əsasən Rafael Ağayev (75 kq) bürünc medal uğrunda mübarizə aparacaq. Aprelin 21-də keçiriləcək görüşdə onun rəqibi Loqan Da Kosta (Fransa) olacaq.

Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (84 kq), Şahin Atamov, Asiman Qurbanlı (+84 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Roman Heydərov (kata) da bu gün mübarizəyə başlayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.