İDMAN


Karateçimiz Roman Heydərov Avropa çempionatının qızıl medalını qazanıb

Bakı, 9 fevral, AZƏRTAC

Danimarkanın Aalborq şəhərində 14-15 yaşlı yeniyetmələr və 16-18 yaşlı gənclər arasında 46-cı, 21 yaşadək gənclər arasında 11-ci Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan karateçisi Roman Heydərov 18-21 yaşlı gənclər arasında kata yarışında qızıl medal qazanıb.

Digər təmsilçimiz Tale Yaqubov (63 kq) Milan Farkası (Macarıstan), Avais Atmanı (İsrail) və Dominik Kocandrleni (Çexiya) məğlub edərək ikidəbir finala vəsiqə qazanıb. Bu mərhələdə karateçimiz daha bir rəqibi Ben Voodsu (Şotlandiya) məğlub edərək finala çıxıb.

Həlledici qarşılaşmada o, Leon Gaydukla (Latviya) gücünü sınayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.