İDMAN


Karateçimiz “Super 8” beynəlxalq turnirində iştirak edəcək

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan karateçisi Ayxan Mamayev (84 kq) “Super 8” Xorvatiya kuboku beynəlxalq turnirinə dəvət alıb.

Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildiriblər ki, turnirdə 8 tanınmış karateçi iştirak edəcək. Xorvatiya Karate Federasiyasının təşkil etdiyi yarışda A.Mamayevlə yanaşı, Kenji Qrillon (Fransa), Erman Eltemur (Türkiyə), Miçele Martina (İtaliya), Alvin Karaqi (Kosova), Djordje Teşanoviç (Serbiya), Enes Qariboviç və Ante Mrviçiç (Xorvatiya) kimi dünya və Avropa çempionatlarının qalib və mükafatçıları mübarizə aparacaqlar.

Mütləq çəki dərəcəsində təşkil olunacaq turnir qrup sistemi üzrə keçiriləcək. Hər iki qrupun qalibi finalda, ikinci yeri tutanlar isə bürünc medal uğrunda yarışacaqlar.

Yarış mayın 11-də Zaqrebdə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.