CƏMİYYƏT


Karbon qazının konsentrasiyası tarixi maksimum həddə çatıb

Bakı, 10 iyun, AZƏRTAC

Koronavirus pandemiyasının ilk aylarında emissiyaların həcmi kəskin şəkildə azalandan sonra karbon qazı tullantılarının konsentrasiyası tarixi həddə yüksəlib.

May ayında planetdə karbon qazı tullantılarının orta səviyyəsi 419,13 ppm və ya milyon hissələr təşkil edib. Bu, 2020-ci ilin may ayına nisbətən milyonun 1,82 hissəsindən və sənayedən əvvəlki stabil səviyyədən 50 faiz yüksəkdir.

AZƏRTAC “Haytek” saytına istinadla xəbər verir ki, bu barədə “NOAA”nın eksperti Pitrer Tans bəyan edib.

Qeyd edilir ki, karbon qazının səviyyəsi hər il may ayında kütləvi çiçəklənmədən əvvəl pik həddə çatır. Nəqliyyat və elektrik enerjisi üçün kömür, neft və təbii qazın yandırılması səbəbindən karbon qazı tullantılarının miqdarı bitkilərin uda biləcəyi səviyyədən yüksəkdir.

Maun-Loa NOAA Rəsədxanasındakı Skripps proqramının rəhbəri Kilinq Ralf bildirib ki, əslində nəticədə bizə 2020-ci ildən daha böyük və davamlı ixtisarlar lazımdır.

10 il ərzində emissiyaların orta artım tempi də rekord müəyyənləşdirib. Hazırda onlar bir il ərzində milyona nisbətdə 2,4 hissəyə çatır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.