CƏMİYYƏT


Kardiologiya İnstitutunda xəstələr üçün məktəb açılıb

Bakı, 2 mart, AZƏRTAC

Ölkəmizdə ilk dəfə olaraq akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu nəzdində xroniki ürək çatışmazlığı xəstələri və onların qohumları üçün geniş reabilitasiya proqramı başlanılıb və həmin xəstələr üçün məktəb yaradılıb.

Səhiyyə nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dərslərdə xəstəliyin səbəbləri, simptomları, düzgün həyat tərzinin aparılması və vəziyyətlərinə uyğun pəhrizin saxlanılması yolları izah olunur.

Proqrama kliniki kardioloqlar, psixoloqlar, reabilitoloqlar, diyetoloqlar və endokrinoloqlar cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.