DÜNYA


Karel Qott özünü qızıl medalda əbədiləşdirib

Praqa, 6 dekabr, AZƏRTAC

Çexiya estradasının əfsanəsi, müğənni Karel Qott gələn il 80 illik yubileyini qeyd etməyə hazırlaşır. O, yaxınlaşmaqda olan əlamətdar hadisə şərəfinə bu günlərdə Yablonets-Nisa şəhərinin zərbxanasında şəxsən qızıl sikkə zərb etdirib.

AZƏRTAC xəbər verir ki, medalın layihəsini 27 yaşlı çuvaş rəssamı Azamat Baltayev hazırlayıb. Sikkə 2019-cu ilin iyununda satışa çıxarılacaq.

K.Qott üzərində öz təsviri olan birinci qızıl medalın hazırlanması üçün beş il əvvəl də bu zərbxanada olub. Hər birinin çəkisi 15,56 qram olan 500 qızıl və hər biri ondan iki dəfə ağır olan 100 gümüş sikkə hazırlanacaq. Üç qızıl medaldan ibarət seriya kolleksiyaçılara təxminən 100 min krona başa gələcək.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.