DÜNYA


Karles Puçdemon və onun dörd müşaviri Madriddə keçirilən məhkəməyə gəlməyib

Bakı, 2 noyabr, AZƏRTAC

Kataloniya jeneralitetinin sabiq başçısı Karles Puçdemon və onun dörd sabiq müşaviri ifadə vermək üçün Madriddə yerləşən İspaniya Milli Məhkəmə Palatasına gəlməyib.

AZƏRTAC xəbər verir ki, “El Mundo” qəzetinin yaydığı məlumata görə, Puçdemonla yanaşı, onun səhiyyə məsələləri üzrə müşaviri Toni Komin, mədəniyyət məsələləri üzrə müşaviri Luis Puç, aqrar məsələlər üzrə müşaviri Meriçel Serret və təhsil məsələləri üzrə müşaviri Klara Ponsanti Brüsseli tərk etməyiblər.

Bu gün səhər saatlarında muxtar region parlamentinin doqquz sabiq üzvü, o cümlədən Kataloniya hökuməti sədrinin sabiq müavini Oriol Junkeras ifadə vermək üçün məhkəməyə gəliblər.

Xatırladaq ki, prokurorluğun üsyan təşkilində, qiyamda və dövlət vəsaitini dağıtmaqda ittiham etdiyi sabiq hökumət üzvləri ifadə vermək üçün noyabrın 2-də və 3-də İspaniya Milli Məhkəmə Palatasına gəlməlidirlər. Prokurorluq öz iddiasında həmin müddətdə məhkəməyə gəlməyən şübhəlilərin saxlanılması barədə də məsələ qaldırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.