DÜNYA


Karlos Qonun köməkçisi onun mükafatlandırılması üçün sənədləri imzaladığını etiraf edib

Tokio, 3 dekabr, AZƏRTAC 

Etibarlı mənbələrin bildirdiyinə görə, “Nissan” şirkətinin direktorlar şurasının sabiq sədri Karlos Qonun köməkçisi onun istefaya getdikdən sonra mükafatlandırılması barədə sənədləri imzaladığını etiraf edib.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, “Nissan” şirkətinin sabiq direktoru Qreq Kelli K.Qona 10 milyonlarla dollar məbləğində gəlirlərini gizlətməsində göstərdiyi köməyə görə şübhəli bilinərək noyabr ayında həbs olunub.

Mənbənin bildirdiyinə görə, Q.Kelli hər il K.Qona istefaya çıxdıqdan sonra ödənilməsi nəzərdə tutulan vəsait barədə sənədləri imzalayıb. Q.Kelli özü prokurorluğun nümayəndələrinə bildirib ki, o, belə sənədləri hər il imzalayırmış.

Bununla yanaşı qeyd olunur ki, Q.Kelli bu sənədlərin heç bir rəsmi statusa malik olmadığını və K.Qona gələcəkdə ödəniləcək mükafatların məbləğinin təyin edilmədiyini də söyləyib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.