İDMAN
Karlos Sayns: Bakı trası bu mövsümün təqvimində mənim ən sevimli traslarımdan biridir
Bakı, 23 aprel, AZƏRTAC
“McLaren” komandasının pilotu Karlos Sayns (oğul) bu həftənin sonunda Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi yarışları barədə gözləntilərini bölüşüb.
AZƏRTAC “McLaren” komandasının mətbuat xidmətinə istinadla bildirir ki, Sayns deyib: “Bakı trası bu mövsümün təqvimində mənim ən sevimli traslarımdan biridir. Bu, proqnozlaşdırıla bilən trasdır. Buna görə də orada yarışmaq çox maraqlıdır. Həmişə düşünürəm ki, bütün pilotlar bu yürüşü səbirsizliklə gözləyir, hər kəs başa düşür ki, orada nə isə əlamətdar hadisə baş verə bilər.
Keçən il Bakıda keçirilən yürüş mənim üçün əla oldu, mən beşinci yeri tutdum. Əlbəttə, həmişə istəyirəm ki, daha yaxşı çıxış edim, irəliləyiş olsun. Ümid edək ki, problemlərdən uzaq ola biləcəyik və uğurla çıxış edəcəyik.
Mövsümün əvvəli uğursuz oldu. Bu, əhvalımızı bir az pozur. Məndən asılı olmayan məqamlar çox oldu. Lakin bunlar yürüşlərin tərkib hissəsidir. Öz işimi səylə davam etdirmək və təmkinli olmaq əzmindəyəm. Səylə çalışmaq, hadisələrə müsbət münasibət bəsləmək həmişə öz bəhrəsini verir”.