SİYASƏT
Karlos Uriarte: Heydər Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın inkişaf mərhələsində böyük dönüş yaratdı VİDEO
Madrid, 13 dekabr, AZƏRTAC
Dahi siyasətçi, müdrik dövlət xadimi Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi demokratik və iqtisadi islahatlar ölkənin yeni inkişaf mərhələsinə qədəm qoymasının əsasını təşkil edib, ölkənin inkişafında böyük dönüş yaradıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İspaniyanın Xuan Karlos Universitetinin Hüquq və beynəlxalq münasibətlər üzrə professoru Karlos Uriarte deyib.
Karlos Uriarte qeyd edib ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycanın Konstitusiyası qəbul edilib, ölkədə ölüm hökmü ləğv olunub, Ombudsman institutu yaradılıb, “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni neft strategiyasının əsası qurulub. K.Uriarte vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasətə söykənərək inamla irəliləyir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid