SİYASƏT


Karlos Uriarte Sançes: Beynəlxalq birliyi öz xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş jurnalistlərə qarşı törədilmiş barbarlıq aktını pisləməyə çağırıram

Karlos Uriarte Sançes: Beynəlxalq birliyi öz xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş jurnalistlərə qarşı törədilmiş barbarlıq aktını pisləməyə çağırıram

Madrid, 10 iyun, AZƏRTAC

Azərbaycanın Kəlbəcər rayonunda mina partlaması nəticəsində insanların həlak olması barədə kədərli xəbərlə əlaqədar Azərbaycan xalqına həyəcanla müraciət edirəm.

Kral I Xuan Karlos adına Universitetin hüquq professoru, Beynəlxalq Panavropa İttifaqının üzvü, vəkil Karlos Uriarte Sançes bu fikri AZƏRTAC-a müsahibəsində söyləyib.

Həlak olmuş azərbaycanlı jurnalistlərin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verən K.Uriarte deyib: “Kəlbəcərdə baş vermiş hadisə bir daha göstərir ki, Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi olaraq geri çəkildiyi mərhələdə bu əraziləri məqsədyönlü şəkildə minalayıb. Onların məqsədi Azərbaycana mümkün qədər çox ziyan vurmaq, öz vətənlərinə qayıdacaq mülki əhali üçün əlavə əngəllər yaratmaqdır.

Mən bütün beynəlxalq birliyi mülki əhaliyə qarşı, öz xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş jurnalistlərə qarşı törədilmiş bu barbarlıq aktını pisləməyə çağırıram.

Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan jurnalistlərin olduğu “KamAZ” avtomobili iyunun 4-də səhər saat 11 radələrində Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb, nəticədə 3 nəfər – AzTV-nin operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər rayon icra hakimiyyətinin Susuzluq kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, müxtəlif dərəcəli bədən xəsarətləri alan daha 4 nəfər xəstəxanaya yerləşdirilib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.