İQTİSADİYYAT
Kartagenada Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının iclası keçirilir
Bakı, 4 noyabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin iştirakı ilə Kartagenada Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının (IAAOE) 1-ci iclası keçirilir.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Kolumbiya Respublikasının Kartagena şəhərində Kolumbiya Beynəlxalq Ticarətdə Logistika Agentləri Federasiyasının (FITAC) 19-cu Beynəlxalq Konqresi və Amerika, İspaniya və Portuqaliya Peşəkar Gömrük Agentləri Assosiasiyası (ASAPRA) Baş Assambleyasının 48-ci Konqresi öz işini yekunlaşdırıb.
Daha sonra Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının (IAAOE) 1-ci iclası öz işinə başlayıb. İclasda “Səlahiyyətli İqtisadi Operator: Amerika və Avropada irəliləyişlər və çağırışlar”, “İdarəçilik və müvəffəqiyyət” və sair mövzularda məruzələr dinlənilib.
Xatırladaq ki, beynəlxalq toplantıda Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.