REGİONLAR


Kartof sahələrindən bol məhsul götürülür – Tovuzdan reportaj VİDEO

Tovuz, 19 avqust, Ruslan Novruzoğlu, AZƏRTAC

Qərb bölgəsində kartof yığımı davam edir. Artıq fermerlərin məhsuldarlıq baxımından əldə etdikləri nəticələr bəlli olur. Builki göstəricilər təsərrüfat sahiblərinin ürəyincədir.

AZƏRTAC xəbər verir ki, Tovuzun təsərrüfat sahibləri elit toxumlar əkdiklərini, bu səbəbdən də sağlam və keyfiyyətli məhsul topladıqlarını deyirlər. Aqrotexniki qulluq da öz bəhrəsini verməkdədir. Sahədə çalışan işçilər əl əməyi və texnikaların köməyi ilə kartofu kisələrə yığaraq qablaşdırmaqla məşğuldurlar.

Fermer Elçin Əliyev məhsuldarlığın yüksək olduğunu, hətta təsərrüfatından rekord göstərici – 1 hektardan 65-70 ton məhsul əldə etdiyini söyləyib. “Məhsuldarlıq yaxşıdır. Hollandiyadan gətirilən elit kartof toxumları əkmişik. Suvarmada bəzi çətinliklərimiz olsa da, 65-70 ton kartof əldə etmişik. Eyni zamanda, toxumluq kartofları da yığır, satışını həyata keçiririk”, – deyə təsərrüfat rəhbəri bildirib.

Qeyd edək ki, bu il Tovuzda 4 min 425 hektar sahədə kartof əkilib və indiyədək 112 min ton məhsul götürülüb. Hazırda aran zonada işlər yekunlaşmaq üzrədir. Dağ kəndlərində isə məhsul bir qədər sonra yığılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.