DÜNYA
Kartondan pilotsuz uçuş aparatı yaradılıb
Bakı, 7 fevral, AZƏRTAC
ABŞ-ın “Otherlab” şirkəti karton materialdan birdəfəlik istifadə üçün nəzərdə tutulan pilotsuz uçuş aparatı (PUA) istehsal edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, PUA-nın poliqon şəraitində sınaqlarının keçirilməsinə başlanılıb. İlkin testlərdə PUA uçuş əməliyyatlarını – qalxma və enməni rahat şəkildə həyata keçirə bilib. Sınaq uçuşlarının ilkin mərhələsi müsbət dəyərləndirilib.
PUA-nı yaradan mütəxəssislər bildiriblər ki, bəzi xüsusi əməliyyatlarda dronların məhv olması ehtimalı yaranır. Buna görə də bahalı materialdan hazırlanan və külli miqdarda vəsait hesabına başa gələn PUA-ların həmin məntəqələrə göndərilməsi məqsədəuyğun sayılmır. Bu vəziyyətdə karton PUA-lardan istifadə daha uyğun hesab oluna bilər.
Hazırda şirkətin mütəxəssisləri kağızdan hazırlanan PUA-nın üzərinə kameranın quraşdırılması üzərində işləyirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [23:33]
Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib
- 23.04.2024 [22:58]
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
- 23.04.2024 [21:15]
Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]