CƏMİYYƏT


Karxana sahibkarları və istismarçıları Ekologiya və Təbii Sərvətlər Nazirliyində qəbul ediliblər

Bakı, 4 oktyabr, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qoyulan tələblərdən narazı olan bir qrup karxana istismarçısı və sahibkarı oktyabrın 4-də nazirliyə müraciət ediblər. Onları ekologiya və təbii sərvətlər nazirinin müavini və digər məsul şəxslər qəbul ediblər.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, qəbul zamanı mübahisəli məsələlərə aydınlıq gətirilib, karxana istifadəçilərinin bir daha nəzərinə çatdırılıb ki, istismar zamanı ekoloji normalara, tullantıların düzgün idarə olunmasına, ətraf ərazilərdə yaşayan sakinlərə və ətraf mühitə ziyan vurmadan müasir avadanlıqlardan istifadə edərək fəaliyyətlərini qursunlar. Bir daha bildirilib ki, müvafiq icra hakimiyyətindən torpaq ayırmaya dair sərəncam almalı, ekoloji və geoloji sənədlərini qaydaya salmalıdırlar.

Qeyd edək ki, əksər karxana istifadəçiləri müvafiq icra hakimiyyətinin torpaq ayırmaya dair sərəncamı olmadan və ekoloji norma və qaydalara riayət etmədən fəaliyyət göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.