CƏMİYYƏT


Karxanalarda araşdırma və monitorinqlər aparılır

Bakı, 10 sentyabr, AZƏRTAC

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi Quba rayonunda yerləşən bütün karxanaların, o cümlədən Vəlvələçayın yatağındakı qum-çınqıl karxanasının fəaliyyəti ilə əlaqədar araşdırma və monitorinqlər aparır.

Agentliyin İdarə Heyətinin sədri Samir Qurbanov AZƏRTAC-a bildirib ki, Vəlvələçayın yatağındakı qum-çınqıl karxanasında aparılan araşdırmanın nəticələri mütəxəssislər tərəfindən qiymətləndirilir və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.