ELM VƏ TƏHSİL
Karyera sərgisi tələbələrə işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq imkanı yaradır
Bakı, 20 fevral, AZƏRTAC
Karyera sərgisinin təşkil olunması tələbələrin gələcəkdə öz karyeralarını qurması baxımından çox önəmlidir. Bugünkü sərgidə 90-dan çox dövlət qurumu, özəl şirkətlər, müəssisələr iştirak edirlər. Bu da tələbələrə işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq imkanı yaradır.
Bu fikirləri fevralın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin məşğulluğunu artırmaq məqsədilə təşkil olunan karyera sərgisində AZƏRTAC-a müsahibəsində AzMİU-nun İnşaat fakültəsinin 4-cü kurs tələbəsi Emin Məmmədov deyib. O, sərgini təşkil etdiyinə görə universitet rəhbərliyinə minnətdarlığını ifadə edib.
“Sərgidə ixtisasıma uyğun vakansiyalar təklif edən müəssisələrlə tanış oldum. Bəzi şirkətlərə CV təqdim etdim. İnanıram ki, sərgidə iştirakım mənə real iş imkanı qazandıracaq”, - deyə Emin Məmmədov qeyd edib.